Qurban bayramı günlərində (12 və 13 avqust) “Azəriqaz” İB-nin bir neçə xidmət sahəsi operativ olaraq xidmətlərini davam etdirəcək.

Qurumdan verilən məlumata görə, birliyin inzibati binasında (Xətai rayonu, Y.Səfərov 23), Bakı Regional Qazın Satışı Departamentində (Babək prospekti 22/24), eləcə də Sabunçu, Maştağa, Mərdəkan və Xırdalan xidmət sahələrində yeni smart kartların verilməsi, bloklanmış kartların və yaxud abonentin səhvi nəticəsində söndürülmüş sayğacların (OFF rejimi) yenidən aktiv olunması xidmətləri göstəriləcək.