Cari ilin yanvar-noyabr aylarında Azərbaycanın neft-qaz sektoruna 5 497,2 mln. manat həcmində vəsait yönəldilib.

Dövlət Statistika Komitəsindən İqtisadiyyat.az-a verilən məlumata görə, 2022-ci ilin müvafiq dövrü ilə nisbətən neft-qaz sektoruna yönəldilən investisiyaların həcmi 24,7% artıb.

Xatırladaq ki, ötən il Azərbaycanın neft-qaz sektoruna 5 400,4 mln. manat həcmində vəsait yönəldilib ki, bu da illik müqayisədə 6,3% azdır.