Qobustan rayonunun taxıl sahələrində alaq otlarına, o cümlədən yabanı vələmirə qarşı herbisid çilənir.

Fins.az bildirir ki, strateji məhsul olan taxılçılıq Qobustanda aqrar sektorun aparıcı sahələrindəndir və hazırda cari ilin məhsulu üçün 32 min hektarda taxıl yetişdirilir. Taxılçılıqla məşğul olan fermerlər və fiziki şəxslər sahələrdə gələcək yüksək məhsuldarlıq üçün zəruri olan aqrotexniki qulluq işlərini ardıcıl həyata keçirirlər. Bütün ərazilərdə məhsuldarlığa ciddi təsir göstərən zərərvericilərə qarşı mübarizə məqsədilə taxıl sahələrinə herbisid çilənir. Bu iş üçün 35 çiləyicinin qüvvəsindən istifadə olunur. Artıq 14 min hektarda çiləmə başa çatdırılıb. Rayonun əksər ərazilərində, xüsusilə Təklə, Xilmilli, Poladlı, Cəmcəmli və bir sıra digər ərazi dairələrində alaq otlarına, yabanı vələmirə qarşı mübarizə tədbirləri daha mütəşəkkil təşkil olunub.

Mütəxəssislər cari mövsümdə hər hektardan 30 sentnerə yaxın məhsul götürüləcəyini proqnozlaşdırırlar.