Bu il iyunun 11-dən iyulun 31-dək ölkə ərazisində baş vermiş yol qəzalarında ümumilikdə 118 nəfər dünyasını dəyişib.

Oxu.Az bu barədə statistikanı Daxili İşlər Nazirliyinin saytında yerləşdirilən rəsmi xronika bölməsindən əldə edib.

Belə ki, bu ölüm hallarından 38-i piyadalarla bağlı statistikaya daxildir. Hadisələr nəticəsində 74 nəfər müxtəlif dərəcəli bədən xəsarəti alıb.

Ötən ilin eyni dövründə baş vermiş qəzalar zamanı isə 124 nəfər ölüb ki, bunlardan 36-sı piyadadır.

2018-ci il iyunun 11-dən iyulun 31-dək olan dövr ərzində qeydə alınmış qəzalar nəticəsində 386 nəfər xəsarət alıb.