Azərbaycanda ölkə birincisi olan tələbə faciəli şəkildə ölüb.

İqtisadiyyat.az xəbər verir ki, bu barədə "Azərbaycan Universitetləri" səhifəsi məlumat yayıb.

Qeyd edilib ki, ADA Universitetinin Hüquq fakültəsinin IV kurs tələbəsi Sərxan Həsənov bu gecə dəm qazından zəhərlənərək dünyasını dəyişib.

Xatırladaq ki, S.Həsənov 2020-ci ildə qəbul imtahanında 696 bal toplayaraq III qrup üzrə ölkə birincisi olub və Prezident təqaüdünə layiq görülüb.