Bu ilin iyun ayının sonuna Azərbaycanın bank sektorunda çalışan işçilərin sayı aylıq və illik müqayisədə artıb.

İqtisadiyyat.Az-ın Maliyyə Bazarlarına Nəzarət Palatasına istinadən verdiyi məlumata görə, iyunun 30-nə ölkədə fəaliyyət göstərən banklarda 18 288 işçi çalışıb ki, bu da cari ilin may ayı ilə müqayisədə 0,5% (97 nəfər), illik müqayisədə isə 9,3% (1 551 nəfər) çoxdur.