Bu ilin yanvar-may aylarında Azərbaycanda 2 165,1 milyon manatlıq kənd təsərrüfatı məhsulu istehsal edilib.

Dövlət Statistika Komitəsi xəbər verir ki, bu, ötən ilin eyni dövrü ilə müqayisədə 3,6% çoxdur. 

Məlumata görə, son 1 ildə ölkədə istehsal olunmuş bitkiçilik məhsulların dəyəri 5,3% artaraq 443,2 milyon manat, heyvandarlıq məhsullarının dəyəri isə 3,2% artaraq 1 721,9 milyon manat təşkil edib.(Report)