İqtisadiyyat.az xəbər verir ki, bunu jurnalistlərə açıqlamasında iqtisadiyyat naziri Şahin Mustafayev deyib.

Nazir ölkələr arasında iqtisadi əlaqələrin son illər inkişaf etdiyini bildirib:

“2018-ci ildə ticarət dövriyyəsi 2017-ci illə müqayisədə, 74% artıb. Bu, əlaqələrimizin yüksək səviyyədə olduğunu göstərir. Nəqliyyat, tranzit, sənaye, sərmayələr, kənd təsərrüfatı və turizm sahəsində əlaqələrimiz genişdir”.

Ş.Mustafayev vurğulayıb ki, Şimal-Cənub nəqliyyat dəhlizi ikitərəfli əlaqələrdə mühüm əhəmiyyət daşıyır.Onun sözlərinə görə, keçən il Şimal-Cənub nəqliyyat dəhlizi ilə daşınan yük 10 dəfədən çox artıb.

Nazir əlavə edib ki, gələn ilin sonuna qədər Astara-Bakı yolu kimi Şimal istiqamətində avtomobil yolu fəaliyyətə başlayacaq:

“İran sahibkarları yüksək səviyyəli avtomobil nəqliyyatından istifadə edib yüklərini daşıya biləcəklər”.