Bu ilin yanvar-may aylarında Azərbaycana 74 614,99 min ABŞ dolları dəyərində 341 835,27 ton buğda idxal edilib.

Dövlət Gömrük Komitəsindən verilən məlumata görə, Azərbaycanın idxal etdiyi buğdanın dəyəri ötən ilin müvafiq dövrünün göstəricisi ilə müqayisədə 40%, həcmi isə 38% azalıb.

Ümumiyyətlə, cari ilin yanvar-may aylarında buğdanın yeyinti məhsullarının ümumi ölkə idxalında çəkisi 1,79% təşkil edib. (Apa)