Azərbaycan 2020-ci ilin birinci rübündə 32,769 min ton pomidor ixrac edib, bu da ötən ilin analoji dövrünün göstəricisindən 53,3% çoxdur.

İxrac olunan pomidorun dəyəri $43 milyon 926,8 min həcmində qiymətləndirilir (аrtım 72,5%).

Hesabat dövründə pomidorun əsas idxalçısı yenidən Rusiya olub. Yanvar-mart aylarında Rusiyaya $43 mln. 886,28 min dəyərində 32,718 min ton pomidor (bütün ixracın 99,8%-i – İF) ixrac olunub. 2019-cu ilin yanvar-mart ayları ilə müqayisədə Rusiyaya pomidor ixracı miqdar ifadəsində 53,6%, dəyər ifadəsində 34,1% artıb.

Azərbaycan 2019-cu ildə $189 mln. 292,29 min dəyərində 174,548 min ton pomidor ixrac edib. Bu dövrdə də pomidorun əsas idxalçısı da Rusiya olub. Bu ölkəyə $188 mln. 555,88 min dəyərində 172,876 min ton pomidor ixrac olunub.(FED.az)