Ötən gün keçirilən hərracların bağlanışında Avropada qazın 1 000 kubmetrinin qiyməti 600 ABŞ dollarına enib.

İqtisadiyyat.az xəbər verir ki, 7 fevral tarixində mart fyuçerslərinin qiyməti TTF (Niderlandın "Title Transfer Facility"i - Avropanın ən likvid virtual satış mərkəzi) indeksi üzrə 603,3 dollar təşkil edib, bu da öncəki hesablama qiyməti (648,9 dollar) ilə müqayisədə 7% azdır.

Xatırladaq ki, ötən ilin 7 mart tarixində gün ərzində Avropada qazın qiyməti bir neçə dəfə rekord vuraraq maksimum 3 900 dollaradək yüksəlib.