Ötən ilin sentyabrın 19-da Azərbaycan Silahlı Qüvvələri tərəfindən həyata keçirilən lokal xarakterli antiterror tədbirləri zamanı ağır yaralanan və uzun müddət serebral koma diaqnozu ilə hərbi tibb müəssisəsində müalicə alan müddətdən artıq həqiqi hərbi xidmət hərbi qulluqçumuz Qasımov Hacıəli Tahir oğlu həkimlərimizin səylərinə baxmayaraq şəhid olub.

Bu barədə İqtisadiyyat.az-a Müdafiə Nazirliyindən məlumat verilib.

Müdafiə Nazirliyinin rəhbərliyi şəhid olan hərbi qulluqçumuzun ailəsinə başsağlığı verir və səbir diləyir.

Allah rəhmət eləsin!

***

11.20

Azərbaycan Ordusunun ötən ilin sentyabrında keçirdiyi antiterror tədbirləri zamanı ağır yaralanaraq komaya düşən hərbçi Qasımov Hacıəli Tahir oğlu vəfat edib.

İqtisadiyyat.az xəbər verir ki, o, paytaxtda müalicə olunduğu tibb müəssisəsində dünyasını dəyişib.

2002-ci il təvəllüdlü Qasımov Hacıəli Tahir oğlu doğulduğu Tovuz rayon Qaraxanlı kəndində torpağa tapşırılacaq.

Allah rəhmət eləsin!