İqtisadiyyat.az-ın məlumatına görə, ötən həftə Birləşmiş Ştatların xam neft ehtiyatları azalıb.Bu barədə əsasən özəl sektorun maliyyələşdirdiyi Amerika Neft İnstitutu  məlumat yayıb. Bildirilir ki, keçən həftə ölkədəki neft ehtiyatları əvvəlki həftə ilə müqayisədə 7,29 milyon barrel azalıb. Bazar proqnozları da ehtiyatların azalacağı istiqamətində idi.Əvvəlki həftə isə ABŞ-ın neft ehtiyatları 4,2 milyon barrel azalmışdı.Ölkədəki ehtiyatlarla bağlı rəsmi rəqəmlər ABŞ-ın Enerji İnformasiya Administrasiyası (EIA) tərəfindən açıqlanacaq.