ABŞ-ın Texas ştatında insanlar dolu yağacağı xəbərindən sonra avtomobillərin üzərini müxtəlif materiallarla örtdülər. Nəticədə maraqlı durum ortaya çıxıb.

İqtisadiyyat.Az xarici mediaya istinadən xəbər verir ki, Texas sakinləri şiddətli göy gurultulu fırtınalara və beysbol topu boyda yağacaq dolu xəbərlərinə görə, çeşidli vasitələrlə avtomobillərini qorumağa çalışıblar. Sosial media avtomobillərini cürbəcur ev əşyaları- yastıq, mütəkkə, hovuz şarları ilə örtən insanların fotoları ilə dolub. Texasın şimal-şərqindəki Panhandledən cənub-şərqə qədər 7 qasırğa proqnozu verilib. Məlumata görə, şiddətli külək digər bölgələrdə ağacları və elektrik dirəklərini aşırıb.