Bu il Azərbaycanda daşıyıcılara 1 235 ədəd "TİR Karnet" kitabçası verilib.
İqtisadiyyat.az xəbər verir ki, bunu "Azərbaycan Beynəlxalq Avtomobil Daşıyıcıları Assosiasiyası" (ABADA) İctimai Birliyinin baş katibi vəzifəsini icra edən Kənan Qurbanov qurumun 2023-cü ildəki fəaliyyətinin yekunlarına həsr edilmiş tədbirdə bildirib.
"Bu kitabça imkan verir ki, yüklər sərhəd-keçid məntəqələrində açılmasın", - deyə o qeyd edib.
Bundan başqa, ABADA rəsmisinin sözlərinə görə, bu il 1305 daşıyıcı, 178 operatorun məsul şəxsi beynəlxalq daşımalara dair təlimə və tədrisə cəlb edilib, onlara şəhadətnamə verilib: "260 daşıyıcıya isə təhlükəli yüklərin daşınması barədə təlim keçirilərək, şəhadətnamələr verilib".
O, yük axınlarının davamlı olması məqsədilə tədbirlərin görülməsinin vacibliyini vurğulayıb.