Kartof idxalı üçün 20 apreldə müddəti bitən “sıfır gömrük vergisi”nin tətbiqi 31 maya qədər davam edəcək.

İqtisadiyyat.az türk mediasına istinadən bildirir ki, mövzu ilə əlaqədar Türkiyə Prezidentinin qərarı rəsmi dövlət qəzetində yayımlandıqdan sonra qüvvəyə minib. Buna görə də kartof idxalında 20 apreldə sona çatacaq “sıfır faizlə gömrük vergisi” tətbiqi mayın 31-ə qədər uzadılıb. Həmin tarixə qədər 200 min ton idxal olunan kartofdan rüsum alınmayacaq.