İsrail və HƏMAS qruplaşması arasında gərginləşən münaqişə nəticəsində Qəzza zolağının infrastrukturuna birbaşa dəyən ziyan 18,5 milyard dollar təşkil edir.

İqtisadiyyat.az xəbər verir ki, bu barədə Birləşmiş Millətlər Təşkilatının İnkişaf Proqramının (UNDP) “Qəzza müharibəsi: Fələstin üçün gözlənilən sosial-iqtisadi nəticələr” adlı dərc olunmuş hesabatında deyilir.

Məlumata görə, bu göstərici 2022-ci ildə Fələstinin ümumi daxili məhsulunun (ÜDM) 97%-nə bərabərdir. Zərərin əksəriyyəti yaşayış binalarında və pərakəndə satış obyektlərində baş verir.

Hesabatda qeyd edilib ki, Fələstin iqtisadiyyatının istisnasız olaraq bütün sektorları ciddi ziyana uğrayıb və iqtisadi göstəricilərdə ən ciddi eniş tikinti sektorunda baş verib.

 

Gözəl Həşimova