"Bir neçə gün əvvəl Moskva Ermənistanın xarici işlər naziri Ararat Mirzoyana İrəvan və Bakı arasında sülh müqaviləsini müzakirə etmək məqsədilə Rusiya Federasiyasına səfər etmək üçün növbəti dəvət göndərib".

İqtisadiyyat.az xəbər verir ki, bunu Rusiya Xarici İşlər Nazirliyinin sözçüsü Mariya Zaxarova brifinqdə bildirib.

"Keçən ilin sentyabrından başlayaraq dəfələrlə Ararat Samveloviç Mirzoyana sülh müqaviləsi məsələləri üzrə Moskvada məsləhətləşmələr üçün dəvət göndərilib, digər məsələlərlə yanaşı, bu məsələ də müxtəlif səviyyələrdə ikitərəfli təmaslar zamanı da müzakirə olunub. Bir neçə gün əvvəl isə Yerevana sonuncu siqnal sözün əsl mənasında göndərilib", - Zaxarova qeyd edib.