Xırdalan şəhəri Heydər Əliyev prospektində gedəcək təmir tikinti işləri ilə əlaqədar bu gündən prospektdə hərəkət birtərəfli təmin olunmaqla məhdudlaşdırılıb.

İqtisadiyyat.Az Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyi yanında Dövlət Avtomobil Nəqliyyatı Xidmətinə istinadən xəbər verir ki, 517592596 saylı marşrut xətlərinin hərəkət trayektoriyasında dəyişiklik edilməyəcək.

“Ancaq pik saatlarda sıxlıq olarsa nəqliyyat vasitələri Mehdi Hüseynzadə küçəsi ilə hərəkət edərək Xırdalan dairəsinə daxil ola biləcəklər. Müvəqqəti məhdudlaşdırılma bir neçə gün davam edə bilər”, - məlumatada bildirilir.