Polis əməkdaşları ötən gün vətəndaşlardan 1 avtomat, 4 tüfəng təhvil götürüb.

Bu barədə İqtisadiyyat.az-a Daxili İşlər Nazirliyindən məlumat verilib.

Bildirilib ki, dekabrın 27-də polis əməkdaşları paytaxt və respublikanın ayrı-ayrı rayonlarında 1 ədəd avtomat, 4 ədəd müxtəlif markalı tüfəng və 8 ədəd müxtəlif çaplı patron təhvil götürüblər.