Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan HƏMAS Siyasi Bürosunun sədri İsmayıl Haniyə ilə görüşüb.

İqtisadiyyat.az xəbər verir ki, Türkiyə Rabitə Müdirliyindən verilən açıqlamada Ərdoğanın Fələstin məsələsinə verdiyi dəstək vurğulanıb.

Görüşdə İsrailin Qəzza başda olmaqla Fələstin torpaqlarına hücumları, Qəzzaya humanitar yardımların lazımi və fasiləsiz çatdırılması üçün nələrin edilməsi lazım olduğu, bölgədə ədalətli və qalıcı sülh prosesi ilə bağlı məsələlər müzakirə edilib

***

16:34

Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan İstanbulda HƏMAS Siyasi Bürosunun rəhbəri İsmayıl Haniyə ilə görüşüb.

İqtisadiyyat.az xəbər verir ki, bu barədə “TRT Haber” məlumat yayıb.

Görüşdə Fələstində atəşkəs və humanitar yardım məsələlərinin müzakirə olunacağı gözlənilir