Qazaxıstan Prezidenti Kasım-Jomart Tokayev Azərbaycan və Ermənistan arasında sülh müqaviləsinin hazırlanması üçün Bakı və İrəvanın Almatıda danışıqlar aparmaq barəsində razılaşmanı alqışlayıb.

İqtisadiyyat.az xəbər verir ki, bunu Qazaxıstan liderinin mətbuat xidməti tərəfindən dərc edilmiş bəyanatında deyilir.

O, həmçinin qarşıdakı görüşün Azərbaycan-Ermənistan razılaşmalarının praktiki həyata keçirilməsinə xidmət edəcəyi, Cənubi Qafqazda möhkəm və uzunmüddətli sülhün tezliklə bərqərar olmasına töhfə verəcəyi qənaətində olduğunu bildirib.

 

Gözəl Həşimova