Serbiya Prezidenti Aleksandr Vuçiç ölkəsinin həm ABŞ, həm də Azərbaycan ilə münasibətlərini daha da inkişaf etdirməyə hazır olduğunu bildirib.

İqtisadiyyat.az xəbər verir ki, Vuçiç əvvəlcə paytaxt Belqradda ABŞ senatorları Kris Mörfi və Qari Piterslə görüşüb, daha sonra isə Azərbaycanın Milli Məclisinin sədri Sahibə Qafarovanı qəbul edib.

Prezident görüşlərdən sonra sosial media hesabında ABŞ senatorlarına təşəkkür edib. Həmçinin, Azərbaycanla ikitərəfli əlaqələrin daha da inkişaf etdirilməli olduğunu qeyd edib.