Respublikaçı Alternativ (REAL) Partiyası Siyasi Komitəsinin sədri İlqar Məmmədov Prezident İlham Əliyevi təbrik edib.

İqtisadiyyat.az xəbər verir ki, təbrik məktubunda deyilir:

Azərbaycan Respublikasının Prezidenti Yeni Azərbaycan Partiyasının sədri cənab İlham Əliyevə

Hörmətli cənab Prezident!

Ərazi bütövlüyümüzün bərpasında rolunuza yekun siyasi qiyməti vermiş prezident seçkisində qələbəniz münasibətilə Sizi təbrik edir, bir neçə aydan sonra ölkəmizin gələcəyinə həsr olunacaq parlament seçkisində rəhbəri olduğunuz partiya ilə azad və bərabər rəqabətimizin Azərbaycanda demokratiyaya yeni keyfiyyət qazandırmasını arzulayıram.

Səmimiyyətlə,

İlqar Məmmədov

Respublikaçı Alternativ (REAL) Partiyası Siyasi Komitəsinin sədri