Dünya birjalarında neftin qiyməti azalıb.

İqtisadiyyat.Az xəbər verir ki, Nyu-Yorkun NYMEX əmtəə birjasında keçirilən elektron ticarət əməliyyatlarının gedişində WTI neftinin qiyməti 0,25 dollar və ya 0,45% ucuzlaşaraq 54,98 dollar təşkil edib.

ICE London qitələrarası birjasında Brent markalı neftin qiyməti 0,38 dollar və ya 0,64% azalaraq 59,10 dollar təşkil edib.