“Azərbaycan yoxsulluğun aradan qaldırılması istiqamətində mühüm tədbirlər həyata keçirir”.
 
ONA-nın xəbərinə görə, bunu iqtisadiyyat nazirinin müavini Sevinc Həsənova Bakıda V Dünya Mədəniyyətlərarası Dialoq Forumu çərçivəsində keçirilən“Dayanıqlı inkişaf məqsədləri üçün tərəfdaşlığın qurulması” panelində çıxışı zamanı deyib.
 
“İllər öncə Azərbaycanda əhalinin yarısından çoxu yoxsul idi. Hazırda Azərbaycanda yoxsulluq səviyyəsi 5 faiz təşkil edir”, - S. Həsənova bildirib.