İqtisadiyyat.Az bildirir ki, son zamanlar Azərbaycanda turizmin inkaşafı üçün çox ciddi işlər görülür, amma buna balta vuran iş adamları da az deyil. Onlardan biri də Nabranda yerləşən Ober Lux istirahət mərkəzidir. Qiymətlərin od tutub yanmasına baxmayaraq, burada keyfiyyət sıfırdan da aşağı qiymətləndirilə bilər. 

Oxucularımızdan biri redaksiyamıza şikayət edərək bildirir ki, bu istirahət mərkəzinin giriş qapısında 4 ulduzlu xidmət göstərilməsi qeyd olunsa da, amma sifarişlər və servis çox acınacaqlıdır. Məkanda fəaliyyət göstərən restoranda verilən yemək (langet) sifarişi 40 dəqiqədən də çox vaxta masaya gələsə, təqdim olunan langetlə qoz sındırmaq mümkündür.

Maraqlıdır ki, Dövlət Turizm Agentliyi çox böyük məbləğdə Azərbaycanın turizminin təşviqi üçün pul xərcləsə də, amma belə keyfiyyətsiz xidməti görən turist bir daha bu ölkəyə gəlməz. Sahibkarların belə özbaşınalığı, keyfiyyətsiz xidmətləri Agentliyin işinə ciddi pər vurur.

Ümüd edirik ki, həm Turizm Agentliyi, həm də Qida Təhlükəsizliyi Agentliyi bu məsələ ilə bağlı ciddi tədbir görəcəklər.

Şəkilləri sizə təqdim edirik.

(WOMEN.AZ)