"Qərb ölkələri 2 ildən az müddətdə Ukraynaya 200 milyard dollardan çox vəsait ayırıb".

İqtisadiyyat.az xəbər verir ki, bu barədə Rusiya xarici işlər naziri Sergey Lavrov diplomatik missiya rəhbərləri ilə Ukrayna ətrafında vəziyyətlə bağlı dəyirmi masa formatında keçirilən görüşdə deyib.

Onun sözlərinə görə, Ukraynanın əsas donorları ABŞ, Almaniya, Böyük Britaniya, Danimarka, Polşa, Norveç, Hollandiya və İsveçdir:

"Müqayisə üçün qeyd edək ki, Avropa İttifaqı sosial-iqtisadi dəstək üçün 80 milyard dollardan az vəsait ayırıb”.

 

Gözəl Həşimova