Aprelin 26-28 aprel tarixlərində baş tutacaq "Formula 1" Azərbaycan Qran-Pri-sinə biletlərin qiymətləri 850 manata çatır.

İqtisadiyyat.Az xəbər verir ki, bu barədə Azərbaycanda "Formula-1"in təşkilatçısı olan Bakı Şəhər Halqası şirkətindən bildirilir. Təşkilatın saytında qeyd elilib ki, biletlərin qiyməti ərazilərə görə dəyişir. 

Ən bahalı biletlər komandaların avtoqarajları ilə üzbəüz yerləşən «Abşeron» tribunasındadır. Bu tribunaya  bilet alanlar yarışın başlanğıcına şahid olmaq və pit-stop əməliyyatlarını izləmək üçün ən yaxşı mövqeyə sahibdirlər. Qiymət də buna uyğundur - bir gün üçün 750- 850 manat.

Digər ərazilərə gəlincə, bir günlük biletlərin qiyməti "Azneft" tərəfdə 160–550 manat, Sahildə 140-450 manat, Kukla Teatrının qarşısında 140-450 manat, İçərişəhərdə 140-450, Qızqalası ətrafında 90- 290 manat, Bulvarda 90- 290 manat, Muzey Mərkəzi ətrafında 90-290 manat, Filarmoniyada 70 manat (digər qiymətlər üzrə biletlər satılıb) təşkil edir. Ayaqüstü zona üçün biletlərin qiyməti 80-160 manat, "Experience Baku"da 83 manat nəzərdə tutulub.

Qeyd edək ki, göstərilən bu qiymətlər yalnız bir gün üçün nəzərdə tutulub.