“Dəyərli qardaşım Hikmət Hacıyev. “Bir millət iki dövlət” devizi ilə siz dəyərli azərbaycanlı qardaşlarımızla hər sahədə əməkdaşlıq və həmrəyliyimizi davam etdirəcəyik".

İqtisadiyyat.az xəbər verir ki, bunu Türkiyə Prezident Administrasiyasının Kommunikasiya İdarəsinin rəhbəri Fəxrəddin Altun Azərbaycan Respublikası Prezidentinin köməkçisi - Prezident Administrasiyasının Xarici siyasət məsələləri şöbəsinin müdiri Hikmət Hacıyevə cavabında bildirib.

O bildirib ki, Azərbaycanla yan-yana, çiyin-çiyinə apardıqları həqiqət uğrunda mübarizə ölkəmizin varlığı ilə daha da güclənəcək.