Qlobal neft tələbi 2029-cu ildə pik həddə çata bilər.

İqtisadiyyat.az xəbər verir ki, bu barədə Beynəlxalq Enerji Agentliyinin (IEA) analitikləri proqnoz verib.

Məlumata görə, qlobal neft tələbi 2029-cu ildə pik həddə çata bilər, bundan sonra neftə qlobal maraq tədricən azalmağa başlayacaq.

Mütəxəssislərin gözləntilərinə görə, bu ilin sonuna qlobal neft tələbi sutkada 1 milyon barel artaraq 103,2 milyona çatacaq. Gələn il bu rəqəm daha 1 milyon barel artaraq 104,2 milyona, 2026-cı ildə isə 800 min artaraq 105 milyona çatacaq.

Bundan sonra, IEA-nın proqnozlaşdırdığı kimi, dünyada neftə qlobal tələb bir qədər yavaşlayacaq. 2027-ci ildə bu rəqəm sutkada 105,3 milyon barel, 2028-ci ildə isə 105,6 milyon barel olacaq. Agentliyin proqnozuna görə, 2029-cu ildə qlobal neft tələbi 2028-ci il səviyyəsində sabitləşəcək.

 

Gözəl Həşimova