Yanvar-may aylarında operativ məlumatlara əsasən, elektrik enerjisinin istehsalı 11 231,4 milyon kilovat-saat ixracı 426,8 milyon kilovat-saat, idxalı 80,9 milyon kilovat-saat olub.

İqtisadiyyat.az xəbər verir ki, bu barədə energrtika naziri Pərviz Şahbazov "X"də bildirib.

O, bildirib ki, bu ilin 5 ayı ərzində İES-lər üzrə 9 685,6 milyon kilovat-saat, su da daxil olmaqla bərpa olunan enerji mənbələrindən 714,4 milyon kilovat-saat artımla 1545,8 milyon kilovat-saat elektrik enerjisi istehsal edilib.

Beləliklə bu dövrdə elektrik enerjisi istehsalında yaşıl enerjinin payı 14%-ə yüksəlib.