Norveç hakimiyyəti ölkədə nüvə enerjisindən istifadə imkanlarını nəzərdən keçirmək üçün komissiya yaradıb.

Bu  barədə İqtisadiyyat.az "Bloomberg"ə istinadən xəbər verir.

Məlumata görə, getdikcə daha çox elektrik enerjisi tələb edən sənaye obyektlərinin inkişafı Norveç hökumətini nüvə enerjisindən istifadə məsələsini gündəmə gətirməyə vadar edib. Norveçin keçmiş maliyyə naziri Kristin Halvorsen komissiyanın rəhbəri təyin edilib və o, 2026-cı ilin aprelinə qədər nüvə texnologiyasından enerji mənbəyi kimi istifadənin mümkünlüyü barədə hesabat təqdim etməlidir.

Qeyd edək ki, Norveç 1970-ci illərdə alternativ enerji mənbəyi kimi nüvə enerjisi kəşfiyyatını dayandırıb.

 

Gözəl Həşimova