Prezidentin sərəncamı ilə minimum aylıq əməkhaqqının və əmək pensiyasının minimum məbləğinin artırılması gündəmin əsas paylaşım mövzusuna çevrilib.

Məsələ ilə bağlı Milli Məclisin İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin üzvü Rüfət Quliyevlə əlaqə saxladıq.

Deputat yuxarıda qeyd olunan sərəncamları Iqtisadiyyat.az üçün belə şərh edib:

“Bu, cənab prezidentin sosial problemlərin həlli və insanların rifahının artırılması istiqamətində atdığı növbəti addımdır. Vahid tarif sistemi ilə bu artımlar şübhəsiz ki, bütün maaşlara, pensiyalara təsir edəcək. Onu da qeyd etməliyik ki, bu sərəncam təxminən 1.9 milyon insana şamil olunacaq. Bu bir daha onu göstərir ki, sosial məsələlər Azərbaycan hökumətinin diqqət mərkəzindədir. Maliyyə və iqtisadi imkan olan kimi dövlət bu siyasəti həyata keçirir və keçirəcək. Bizdə vahid tarif sistemi var. Minimal əməkhaqqının qalxması bir düsturdur. Bu dəyişilirsə, deməli bütün təbəqələrə təsiri olacaq".