Hər il 15-20 faiz nəzarətçi imtahanlardan xaric olunur.

İqtisadiyyat.Az-ın məlumatına görə, bunu Dövlət İmtahan Mərkəzinin sədri Məleykə Abbaszadə imtahanlarla bağlı keçirdiyi mətbuat konfransında bildirib.

Onun sözlərinə görə, bu il köçürmə halları ilə əlaqədar 12 faiz nəzarətçi-müəllimlə bağlı rayon təhsil şöbələrinə məlumat göndərilib.

“Onlar “qara siyahı”ya düşüb və bir daha bizimlə işləməyəcəklər”.

Abbaszadə köçürmə hallarından da danışıb. Qeyd edib ki, 100 bala qədər nəticə göstərənlər arasında köçürmə halı daha çox olur:

“Bu şəxslər heç nə bilmir və bir-birilərindən köçürüb yazırlar. Onların nəticələri barədə məlumat vermirik və nəticələrini ləğv etmirik. Çünki onların sayı çoxdur və nəticələrini ləğv etsək gərək minlərlə vətəndaşı qəbul edək, izah edək”.

Məleykə Abbaszadə qeyd edib ki, ləğvedilmə müsabiqəyə buraxılma zamanı olur:

“Çalışırıq ki, eyni sinif şagirdləri bir imtahan sinfinə salınmasın. Amma bu gün şagirdlər sosial şəbəkələrdə qrup açırlar və bir yerə düşənlər görüşürlər. Onlar bilməlidirlər ki, nəticələri ləğv olunacaq.