Bu gün “Qaz İxrac” İdarəsinin balansında olan “Ağcabədi-Beyləqan” magistral qaz kəmərində aşkar olunmuş qaz sızmalarının ləğvi və bəzi quraşdırma işlərinin icrasına başlanılıb.

Bu barədə İqtisadiyyat.Az-a Azərbaycan Dövlət Neft Şirkətinin (SOCAR) “Azəriqaz” İstehsalat Birliyindən məlumat verilib.

Məlumata görə, bu məqsədlə saat 10:00-dan işlər başa çatanadək Beyləqan rayonunun mərkəzində, eləcə də bir neçə kənd və qəsəbədə qaz təchizatı dayandırılır. Saat 14:00-dan etibarən işlər başa çatanadək Yevlax rayonunun bir neçə yaşayış sahəsində də qaz məhdudiyyətləri tətbiq olunacaq. Bu müddət ərzində orta təzyiqli yeraltı qaz xəttində sazlama işləri aparılacaq.