Türkiyədə mənzil alan azərbaycanlılar artmaqda davam edir.

“Marja” Türkiyənin Statistika Komitəsinə istinadən xəbər verir ki, 2019-cu ilin Mart ayında azərbaycanlılar Türkiyədə 87 mənzil alıblar. 2018-ci ilin Mart ayında azərbaycanlılar Türkiyədə 61 mənzil almışdılar.

2019-cu ilin Yanvar-Mart dövründə isə azərbaycanlılar Türkiyədə 287 mənzil alıblar. 2018-ci ilin eyni dövründə bu say189 idi. 

2018-ci ildə azərbaycanlılar Türkiyədə 1250 mənzil alıblar. 2017-ci ilin 12 ayında bu say 942 mənzil idi.

Azərbaycanlılar Türkiyədən ən çox mənzil alan xaricilər arasında 11-ci yedədir.