İqtisadiyyat.az-nın məlumatına görə, hazırda marketlərdə yumurtanın qiyməti 12-14 qəpik təşkil edir.

Satıcılar bildiriblər ki, qiymətin artmasına səbəb alıcılar arasında tələbatın artmasıdır.

Qeyd edək ki, bundan əvvəl yumurtanın qiyməti 7-10 qəpik arasında dəyişirdi.