Azərbaycanda ən rentabelli kənd təsərrüfatı məhsulu tütün hesab olunur.
Açıqlanan sonuncu rəsmi statistikaya istinadən bildirilir ki, 100 kiloqram tütünün maya dəyəri təxminən 70 manat olduğu halda, satışı təxminən 200 manata bərabərdir.
Digər kənd təsərrüfatı məhsullarının maya dəyəri və satış qiymətləri belə olub:
Məhsulun adı |
Maya dəyəri (100 kiloqram) |
Satış qiyməti (100 kiloqram) |
Pambıq | 51 azn | 51 azn |
Yaşıl çay | 91 azn | 84 azn |
Tütün | 70 azn | 200 azn |
Kartof | 17 azn | 65 azn |
Tərəvəz (açıq torpaqda) | 9 azn | 16 azn |
Bostan məhsulları | 23 azn | 30 azn |
Meyvə və giləmeyvə | 26 azn | 86 azn |
Üzüm | 27 azn | 74 azn |
Süd | 48 azn | 60 azn |
Yumurta (1000 ədəd) | 111 azn | 140 azn |