Ötən il “Azərbaycan Xəzər Dəniz Gəmiçiliyi” QSC 52,46 mln. manat mənfəət əldə edib ki, bu da 2017-ci illə müqayisədə 48% azdır.

İqtisadiyyat.Az xəbər verir ki, 2017-ci ildə “Azərbaycan Xəzər Dəniz Gəmiçiliyi”nin mənfəəti 100,13 mln. manat təşkil edib.

Hesabata əsasən, QSC-nin aktivləri 16,1% artaraq 1,2 mlrd. təşkil edib. Ötən il qurumun uzunmüddətli aktivləri 16,1% artaraq 890,9 mln. manata, cari aktivləri isə 16,2% artaraq 305,2 mln. manata çatıb.

Bundan başqa, QSC-nin cari öhdəlikləri 92,3% artaraq 205,1 mln. manata çatıb.