AZAL Azərbaycan Milli aviadaşıyıcısı Ər-Riyadda "Azərbaycan Hava Yolları”nın Səudiyyə Ərəbistanının bir sıra şəhərlərinə yeni istiqamətlərinin təqdim olunduğu "Azərbaycan şahinin gözü ilə” adlı təqdimat keçirib.

Tədbirdə AZAL-ın vitse-prezidenti Eldar Hacıyevin başçılıq etdiyi nümayəndə heyəti, hər iki ölkənin hökumət, diplomatik korpus, kütləvi informasiya vasitələri nümayəndələri və digərləri iştirak etmişdirlər.

Azərbaycanda istirahət və asudə vaxtın təşkili, o cümlədən çimərlik, xizək, tibbi və tarixi turizm üzrə müasir turizm imkanları geniş auditoriyaya təqdim olunmuşdur.

Tədbirdə "Azərbaycan şahinin gözü ilə” təqdimat videoçarxı nümayiş etdirilmişdir. Videoçarxı aşağıdakı link vasitəsilə izləmək mümkündür.