AtaBank müştərilərinin rahatlığını düşünərək yeni Telegram kommunikasiya kanalını istifadə üçün təqdim edib. Bankdan verilən məlumata görə, artıq Telegram istifadəçiləri birbaşa AtaBank-a müraciət edərək istənilən məlumatı operativ əldə edə bilərlər. Bunun üçün yalnız AtaBank-ın Telegram əlavəsinə bağlı olan 050 99 99 136 telefon nömrəsinə yazmaq kifayətdir.

Vaxtlarına qənaət edən, ən asan və ən rahat vasitələrdən istifadə etməyə üstünlük verən insanlara AtaBank hər zaman online müraciət edə bilmələri üçün müxtəlif imkanlar yaradır.

Hazırda müştərilər banka həm sosial şəbəkələr, həm də yeni istifadəyə verilmiş Telegram kanalından istifadə edərək müraciət edə bilərlər. Bankın əməkdaşları istənilən kommunikasiya kanalından daxil olan müraciətləri cəmi bir neçə saniyə ərzində cavablandıraraq müştərilərə vaxtında köməklik göstərməyə hər zaman hazırdırlar.

Bankın xidmət və məhsulları haqqında daha ətraflı öyrənmək istəyən şəxslər 136 qaynar xəttinə zəng vura və ya bankın yeni internet səhifəsini ziyarət edə bilərlər - https://atabank.com/az/

25 ildən artıq fəaliyyət göstərən “AtaBank” ASC müasir və universal Azərbaycan bankıdır. Bank Bakıda və ölkənin müxtəlif regionlarında korporativ və fərdi müştərilərə tam xidmətlər spektrini təqdim edir.