Ağdam rayonunda piyadanın ölümü ilə nəticələnən yol-nəqliyyat hadisəsi olub.

İqtisadiyyat.az xəbər verir ki, hadisə Quzanlı qəsəbəsinin H.Əliyev prospektində qeydə alınıb.

Məhərrəmov Xəyal Cahid oğlu idarə etdiyi "Lada" markalı, "Priora minik" modelli, "Xetçbek” tipli avtomobillə yolu keçmək istəyən piyada Qurbanova Mehparə Ərşəd qızını vurub, nəticədə piyada M.Qurbanova aldığı bədən xəsarətlərindən hadisə yerində ölüb.

Faktla bağlı cinayət işi başlanaraq istintaq aparılır.