"ABŞ Yaxın Şərqdəki hərbçilərinə qarşı hücumlara cavab verəcək. Biz bunu mütləq münasib vaxtda və lazımi şəkildə edəcəyik, lakin Vaşinqton İranla müharibəyə başlamaq istəmir".

İqtisadiyyat.az xəbər verir ki, bu sözləri Ağ Evin Milli Təhlükəsizlik Şurasının strateji kommunikasiyalar üzrə koordinatoru Con Kirbi "NBC" telekanalına müsahibəsində deyib.

Xatırladaq ki, ötən gün axşam saatlarında pilotsuz uçuş aparatı İordaniyanın şimal-şərqindəki ABŞ hərbi bazasına zərbə endirib. Hadisə nəticəsində 3 amerikalı əsgər ölüb, 20-yə yaxın əsgər isə yaralanıb.

 

Əli Ağayev