Amerika fond bazarında "Dow Jones" indeksi 3,05% - 25 479,42 bəndədək, "S&P 500" 2,93% - 2 840,60 bəndədək, NASDAQ isə 3,02% - 7 773,94 bəndədək azalıb.

İqtisadiyyat.Az xəbər verir ki, Avropa fond bazarlarında "FTSE 100" indeksi 1,42% - 7 147,88 bəndədək, Almaniya DAX-ı 2,19% - 11 492,66 bəndədək, Fransa CAC-40-ı isə 2,08% - 5 251,30 bəndədək azalıb.

COMEX-də sonuncu hərraclarda qızılın unsiyasının qiyməti 2,60 dollar bahalaşaraq 1 530,40 dollara, gümüşün unsiyasının qiyməti isə 0,01 dollar artaraq 17,29 dollara satılıb.