Bakıda "Araz Supermarket"dən alınan çörəyin içindən taxta parçası çıxıb.

İqtisadiyyat.az xəbər verir ki, hadisə ilə jurnalist Əhməd Mahmudov üzləşib.

O, bu gün Əhmədli qəsəbəsində "Araz Supermarket"dən aldığı çörəyin içərisindən, təxminən, 2,5 sm uzunluğunda taxta parçasının çıxdığını söyləyib.

Jurnalist məsələ ilə bağlı aidiyyəti qurumlarla çağırış edib.