2019-ci ilin 1-ci rübünün yekunlarına əsasən ASC “Xalq” Bankı  əsas maliyyə göstəriciləri üzrə stabil artım nümayiş etdirib.

“Xalq” Bankından “Marja”ya daxil olmuş məlumatda bildirilir ki, Bankın aktivləri 2018-ci ilin sonuna olan göstəricilərlə müqayisədə 206.18 mln. manat və yaxud 10,27 % artaraq 2 mlrd. 214.35 mln. manat təşkil edib.

Bankın kredit portfelində müştərilərə verilən kreditlərin həcmi I rüb ərzində 75.84 mln manat və yaxud 5,49% artaraq 1 mlrd. 458.45 mln manat təşkil edib. Bu nəticə ölkənin özəl bankları arasında ən yüksək göstəricilərdən biridir. 

Müştərilər tərəfindən yerləşdirilən depozitlərin həcmi birinci rüb ərzində 181.4 mln manat və yaxud 14,4% artaraq 1 mlrd. 440.81 mln manata çatıb.

“Xalq” Bankı ilk rübü 8.95 mln manat mənfəətlə (vergilər ödənilənədək) başa vurub ki, bu da ötən ilin anoloji dövrünə olan göstəricini 19% üstələyir.

“Cari ilin ilk rübündə maliyyə-təsərrüfat fəaliyyətinin nəticələri ilə Xalq Bank ölkənin maliyyə sektorunda lider banklardan biri olaraq öz mövqeyini möhkəmləndirmişdir. Bu uğurlar Bankın loyal müştərilərinin, peşəkar əməkdaş komandasının, düşünülmüş və effektiv idarəetmə siyasətinin nəticəsidir”,- məlumatda deyilir.