İqtisadiyyat.az xəbər verir ki, bunu Milli Məclisin Əmək və sosial siyasət komitəsinin bu gün keçirilən iclasında komitə sədri Hadi Rəcəbli deyib.

O qeyd edib ki, bura minimum əməkhaqqının, əmək pensiyasının, müavinətlərin, tələbə təqaüdlərinin artırılması kimi mühüm addımlar daxildir: "Bu islahatlar xalq tərəfindən yüksək qiymətləndirilir. Prezident İlham Əliyev tapşırıq verib ki, 3 yaşa qədər uşaqlara verilən müavinətin artırılması məsələsinə baxılsın. Bəzi hallarda bununla bağlı məsələlər mətbuatda fərqli təqdim olunur. Bu, düzgün deyil. Hamı bilməlidir ki, sosial məsələlər dövlətin diqqət mərkəzindədir”.