Misirdə Süveyş kanalının 2022-2023-cü illər üçün illik gəliri əvvəlki dövrlə müqayisədə 35% artaraq ilk dəfə 9,4 milyard dollara çatıb.

İqtisadiyyat.az xəbər verir ki, bu barədə bu barədə Kanalın administrasiyasının rəhbəri Usamə Rabia Süveyş kanalının illik gəliri və kanalın cənub hissəsinin inkişafı ilə bağlı məlumat açıqlayıb.

Onun sözlərinə görə, Süveyş kanalının cənub hissəsindəki layihə ilin sonuna qədər tamamlanacaq. Bu layihə ilə kanalın yeni hissəsinin uzunluğunun 72 kilometrdən 82 kilometrə çatacağı gözlənilir.

Əlavə edək ki, Misir 2023-cü ilin yanvar ayından etibarən Süveyş kanalından keçid üçün ödənişləri 15% artırıb.

Qeyd edək ki, 1869-cu ilin noyabrın 17-də istifadəyə verilən Süveyş kanalı 152 ildir həm qlobal ticarət, həm də Misir iqtisadiyyatı üçün əhəmiyyətini qoruyur.