SSRİ-nin keçmiş baş naziri Nikolay Rıjkov 95 yaşında vəfat edib.

İqtisadiyyat.az xəbər verir ki, bu barədə Federasiya Şurasının sədri Valentina Matvienko Teleqram kanalında məlumat verib.

O, N.Rıjkovun ölüm səbəbini açıqlamayıb.

Nikolay Rıjkov SSRİ Nazirlər Sovetinin Sədri və Sovet siyasətçisidir. O, yeni texnologiyanı təqdim edərək və planlaşdırmanı mərkəzdən digər ərazilərə yayaraq Qorbaçovun Sovet iqtisadiyyatını dirçəltmək və yenidən qurmaq cəhdlərini dəstəkləyib.

O, 1985-1991-ci illərdə SSRİ-nin baş naziri olub.

2023-cü ilin oktyabrında Nikolay Rıjkov 2003-cü ildən tutduğu Belqorod vilayətində Federasiya Şurasının senatoru vəzifəsindən istefa verib.